Bank Of Baku

"Bavariya"nın yeni baş məşqçisi məlum olub

"Bavariya"nın yeni baş məşqçisi məlum olub
# 30 sentyabr 2017 01:46 (UTC +04:00)

Dortmundun “Borussiya” klubunun sabiq baş məşqçisi Tomas Tuxel yaxın müddətdə “Bavariya”nın baş məşqçisi təyin ediləcək.

 

APA-nın xəbərinə görə, bu barədə “Bild” nəşri yazıb.

 

Məlumata görə, klub rəhbərliyi ilə razılığa gələn T.Tuxel müqavilənin imzalanması üçün Münhenə yola düşüb.

 

Sentyabrın 28-də “Bavariya”nın baş məşqçisi Karlo Ançelotti uğursuz nəticələrə görə istefaya göndərilib. Klub Çempionlar Liqasının II turunda  PSJ-yə 0:3 hesabı ilə məğlub olub, Bundesliqada isə 3-cü pillədə qərarlaşıb.

 

44 yaşlı Tomas Tuxel bundan əvvəl Almaniyanın “Maynts” və “Borussiya” (Dortmund) klublarında çalışıb. Onun rəhbərliyi altında “Borussiya” 2016/17-ci il mövsümündə Almaniya Kubokunu qazanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR