Bank Of Baku

AVRO-2016: Rusiya millisi İngiltərə ilə heç-heçə oynayıb

<span style="color: red;">AVRO-2016:  Rusiya millisi İngiltərə ilə heç-heçə oynayıb
# 11 iyun 2016 22:50 (UTC +04:00)

Bakı-APA   Avropa çempionatının B qrupunda mübarizə aparan komandaların ikinci qarşılaşması keçirilib.

 

APA-nın məlumatına görə,  oyun gününün son görüşündə B qrupunun favoriti İngiltərə Rusiyanı sınağa çəkib.  Marselin “Velodrom” stadionunda keçirilən gərgin oyun 1:1 hesabı ilə heç-heçə yekunlaşıb. Matçın 73-cü dəqiqəsində Eric Dayer cərimə zərbəsindən vurduğu qolla hesabı aça bilib.  Lakin, rusiyalı futbolçu Vasili Berezutski oyunun 90+2-ci dəqiqəsində cavab qolu ilə hesabı bərabərləşdirməyə nail olub.  

 

Qeyd edək ki, B qrupunun ilk qarşılaşmasında  Uels Slovakiyanı  2:1 hesabı ilə məğlub edib.

 

Rusiya millisi iyunun 15-də keçiriləcək növbəti matçda Slovakiya ilə, İngiltərə yığması isə həmin gün Uels komandası ilə görüşəcək. 

 

Avropa çempionatı

Qrup mərhələsi

11 iyun

 

B qrupu

 

İngiltərə - Rusiya - 1:1

Qol: Erik Dayer, 73 - Vasili Berezutski, 90+2

 

Baş hakim: Nikola Ritsoli

Marsel. “Velodrom” stadionu 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR