Bank Of Baku

AVRO-2016: Türkiyə “play-off” mərhələsinə çıxmaq şanslarını saxlayıb

<span style="color: red;">AVRO-2016:  Türkiyə  “play-off” mərhələsinə çıxmaq şanslarını saxlayıb
# 21 iyun 2016 22:56 (UTC +04:00)

Bakı-APA. Avropa çempionatında qrup mərhələsinin üçüncü turu çərçivəsində 2 oyun keçirilib.

 

APA-nın məlumatına görə, D qrupunda Çexiya Türkiyə ilə, Xorvatiya isə  İspaniya ilə qarşılaşıb. 

 

İkincilik uğrunda isə Xorvatiya və Çexiya mübarizə aparıb. Matç 2:1 hesabı ilə “şahmatçılar”ın qələbəsi ilə başa çatıb.  Beləliklə, qrupda liderliyi ələ alan Xorvatiya millisi (7 xal)  və qrupun ikinci pilləsində qərarlaşan  İspaniya yığması (6 xal) turnirin “play-off” mərhələsinə vəsiqə qazanıblar.

 

Fatih Terimin yetirmələri isə şanslarını davam etdirmək üçün 2 top fərqi ilə qalib gələrək (2:0) qrupda 3-cü yeri tutublar. “Ay-ulduzlular” öz üzərilərinə düşən vəzifəni yerinə yetirdikdən sonra digər matçların nəticələrini gözləyəcək.

 

Qeyd edək ki, 1/8 mərhələdə ispanlar italyanlarla, xorvatlar isə B, E və F qruplarında üçüncü pillədə qərarlaşan ölkələrin biri ilə qarşılaşacaqlar. 

 

Avropa çempionatı – 2016

21 iyun

 

D qrupu

Türkiyə - Çexiya – 2:0

Qollar: Burak, 10, Ozan Tufan, 64

 

Baş hakim: Villaim kollum (Şotlandiya)

 

Xorvatiya – İspaniya - 2:1

Qollar: Kaliniç, 45 - Morata, 7

 

Baş hakim: Byörn Kupers

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR