Rusiyada keçirilən dünya çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, iyulun 1-də 1/8 final mərhələsinin 2-ci görüşü baş tutub. Günün ikinci qarşılaşması Xorvatiya ilə Danimarka arasında oynanılıb. Bu qarşılaşma da özündən əvvəlkinin ssenarisi ilə davam edib. İlk 4 dəqiqədə hərəyə bir dəfə fərqlənən tərəflər qalan 86 və əlavə olunmuş 30 dəqiqədə qapıların möhürünü qıra bilməyiblər. Hətta 115-ci dəqiqədə Luka Modriç penalti zərbəsindən yararlana bilməyib. Kasper Şmeyxel qola icazə verməyib.
Penaltilər seriyası isə qapıçıların benefesi olub. Şmeyxel burda da rəqibin iki zərbəsinin qarşısını alsa da, onun rəqib həmkarı Subaşiç daha çox - 3 dəfə yaxşı oynayıb və komandasını 1/4 finala daşıyıb.
Dünya çempionatı
1/8 final mərhələsi
1 iyul
Xorvatiya – Danimarka - 1:1 (əlavə vaxtda)
Qollar: Mancukiç, 4 - Yorgensen, 2
İstifadə edilməyən penalti: Luka Modriç, 115 (qapıçı)
Penalti seriyası: 3:2
Baş hakim: Nestor Pitana (Argentina)
Nijni Novqorod. Mərkəzi stadion
DÇ-2018: Xorvatiya 1/4 finala yüksəlib
01 iyul 2018 23:27 (UTC +04:00)
Futbol
“Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib
02:29
28 aprel 2024
Azərbaycan Kubokunda final oyununun vaxtı açıqlanıb
16:14
26 aprel 2024
Əliyar Ağayev Yunanıstanda Fatih Terimin baş məşqçisi olduğu komandanın oyununu idarə edəcək
17:04
25 aprel 2024
“Fənərbaxça”-“Beşiktaş” derbisinin baş hakimi məlum olub
15:53
25 aprel 2024