Bank Of Baku

AÇ-2020-nin qalibi 34 milyon avro qazanacaq

AÇ-2020-nin qalibi 34 milyon avro qazanacaq
# 26 fevral 2018 12:27 (UTC +04:00)

2020-ci ildə keçiriləcək Avropa çempionatının mükafat fondu açıqlanıb. Apasport.az saytının məlumatına görə, bu barədə TASS agentliyinə UEFA-nın baş katibi Teodor Teodoridis xəbər verib.

 

O bildirib ki, qitə birinciliyinin mükafat fondu AÇ-2016 ilə müqayisədə yüksəkdi: “Ümumi mükafat fondu 371 milyon avro olacaq. Yəni iştirakçıların hər birinin payına minimum 1,25 milyon avro düşəcək. Avropa çempionu olacaq yığmaya isə 34 milyon avro veriləcək”.

 

Fransada baş tutmuş AÇ-2016-nın mükafat fondu 301 milyon avro idi.

 

Qeyd edək ki, AVRO-2020-də qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu Bakıda keçiriləcək. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR