Bank Of Baku

AFFA-nın sabiq prezidentinin oğlu avtomobil qəzasında ölüb

AFFA-nın sabiq prezidentinin oğlu avtomobil qəzasında ölüb
# 15 fevral 2018 09:07 (UTC +04:00)

Mərhum AFFA prezidenti Ramiz Mirzəyevin oğlu Anar Mirzəyev vəfat edib. Apasport.az saytının məlumatına görə, Mirzəyev avtomobil qəzasında həlak olub.
 

Hadisə dünən gecə saatlarında Sabirabad rayonunun Həşimxanlı kəndində baş verib. Belə ki, “Jeep” markalı minik avtomobili su kanalına aşıb və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri sərnişin, 1985-ci il təvəllüdlü Anar Mirzəyevin cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.
 

Anar Mirzəyev bu gün Tovuz rayonunun Dondar Quşçu kəndində atasının yanında dəfn olunacaq.
 
Qeyd edək ki, 2003-2007-ci illərdə AFFA prezidenti vəzifəsində çalışan Ramiz Mirzəyev 2007-ci ildə vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR