Bank Of Baku

AFFA “Sumqayıt”ın futbolçusunu cəzalandırıb

AFFA “Sumqayıt”ın futbolçusunu cəzalandırıb
# 18 aprel 2017 12:43 (UTC +04:00)

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXVI turunda baş verənlər müzakirə olunub.

 

“Sumqayıt” – “Zirə” matçında meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

Oyun başa çatdıqdan sonra “Sumqayıt”ın futbolçusu Nicat Muxtarov  hakimlər briqadasını təhqir edib. Buna görə də komitə onu 4 oyunluq cəzalandırıb, klubu isə 3200 manat cərimələyib. Bu da o deməkdir ki, Muxtarov cari mövsümün son 2 matçını və qarşıdakı çempionatın ilk iki turunu buraxacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR