Bank Of Baku

AFFA “Zirə”ni cəzalandırıb

AFFA “Zirə”ni cəzalandırıb
# 28 fevral 2018 13:16 (UTC +04:00)

AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, bu gün baş tutan iclasda Premyer Liqanın XVII turundakı neqativ hallar hüquqi qiymətini tapıb.

 

Toplantıda yalnız “Neftçi” – “Zirə” qarşılaşmasına yer ayrılıb.


Matçın 76-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan qovulan qonaqların futbolçusu İlkin Muradov 1 oyunluq cəzalandırılıb, klub isə 200 manat cərimə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR