Bank Of Baku

AFFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb

AFFA İcraiyyə Komitəsinin gündəliyi açıqlanıb
# 03 may 2018 14:26 (UTC +04:00)

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının yeri və vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, tədbir mayın 11-də baş tutacaq.

 

Qurumun inzibati binasında keçiriləcək iclas saat 10:00-da başlayacaq. Artıq tədbirin gündəliyi də məlumdu.

 

Komitə üzvləri öncə Topaz Premyer Liqası klublarının əvəzedici  komandaları arasında keçirilən çempionatla bağlı Klublar Komitəsinin mayın 1-dəki iclasında irəli sürülən təklifləri müzakirə edəcək. Ardınca Topaz Premyer Liqasında gənc futbolçularla bağlı limitə baxacaq komitə Lisenziyalaşdırma prosesi ilə bağlı məlumatı dinləyəcək. Tədbirin sonunda digər məsələlər də müzakirə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR