Bank Of Baku

AFFA rəhbərliyi UEFA-nın prezident seçkisinə qatılacaq

AFFA rəhbərliyi UEFA-nın prezident seçkisinə qatılacaq
# 14 sentyabr 2016 09:13 (UTC +04:00)

Bakı – APA. Bu gün Yunanıstanın paytaxtı Afinada UEFA-nın Konqresi keçiriləcək. Apasport.az saytının məlumatına görə, UEFA prezidenti vəzifəsinə seçkinin keçiriləcəyi tədbirdə assosiasiya 3 nəfərlə təmsil olunacaq.

 

Belə ki, Konqresdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edəcək.

 

Qeyd edək ki, UEFA-nın prezidenti postu uğrunda Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praq və Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin mübarizə aparacaq. AFFA isə sonuncu səs verəcəyini öncədən açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR