Bank Of Baku

AFFA Roman Qriqorçuku cəzalandırıb

AFFA Roman Qriqorçuku cəzalandırıb
# 08 noyabr 2016 11:16 (UTC +04:00)

Bu gün AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XI turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.


“Sumqayıt”la matçın 62-ci dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan qovulan “Kəpəz”in futbolçusu Kərim Diniyev 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.


“Neftçi” ilə oyunda 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “İnter” 800 manat cərimələnib. Elə AZAL da eyni cəzaya məruz qalıb. “Təyyarəçilər” “Qəbələ” ilə görüşdə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimə olunub.


Matçın 14-cü dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.


İntizam Komitəsi matçın video yazısına baxdıqdan sonra aşağıdakı qərarı qəbul edib:


Oyunun 11-ci dəqiqəsində AZAL klubunun 14 №-li futbolçusu İlqar Ələkbərov rəqibə qarşı kobud oyuna görə 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR