Bank Of Baku

Afrika Millətlər Kubokunda ilk finalçı məlum olub

Afrika Millətlər Kubokunda ilk finalçı məlum olub
# 01 fevral 2017 23:52 (UTC +04:00)

Afrika Millətlər Kubokunda ilk finalçının adına aydınlıq gəlib.

 

Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin ilk oyununda Burkina Faso və Misir münasibətlərinə aydınlıq gətiriblər.

 

1/4 finalda Burkina Faso Tunisi (2:0), Misir isə Mərakeşi (1:0) mübarizədən kənarlaşdırmışdı.

 

Oyunda hesabı Misir açıb. Mohamed Salah 65-ci dəqiqədə şimali afrikalıları hesabda önə keçirib. Ancaq ərəblərin bu üstünlüyü cəmi 7 dəqiqə çəkib. Aristid Banse oyunda status-kvonu bərpa edib.

 

Qarşılaşmanın əsas vaxtı bu hesabla başa çatıb. Əlavə vaxtda da qol olmayınca ilk finalçının adına penaltilər seriyasında aydınlıq gəlib. Burda daha dəqiq oynayan (4:3) Misir millisi qitə birinciliyinin finalına vəsiqə qazanıb.

 

Yarımfinalın digər oyunu sabah keçiriləcək. Kamerun millisi finala vəsiqə uğrunda Qanayla mübarizə aparacaq.

 

Afrika Millətlər Kuboku

Yarımfinal

1 fevral

 

Burkina Faso - Misir 1:1 (pen.: 3:4)

Qollar: Banse, 72 - Salah, 65

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR