Bank Of Baku

Avroliqada həftənin futbolçusu məlum olub

Avroliqada həftənin futbolçusu məlum olub
# 04 may 2018 20:24 (UTC +04:00)

Avroliqada həftənin ən yaxşısı bəlli oldu

 

UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, UEFA-nın azarkeşlər arasında keçirdiyi səsvermənin yekun nəticəsi açıqlanıb.

 

Səsverməyə əsasən, “Atletiko”nun futbolçusu Dieqo Kosta ən yaxşı oyunçu seçilib. O, bütün iştirakçıların 83 faizinin səsini toplayıb.

 

Yarımfinalda “Marsel”ə qalib gəlsə də, finala çıxa bilməyən “Zalsburq”un yarımmüdafiəçisi Haydara isə qalan 17% səsə sahib çıxıb.

 

Qeyd edək ki, Kosta yarımfinalda “Arsenal”la cavab matçında komandasının yeganə qolunu vurub. Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu “Real”ın qapıçısı Keylor Navas olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR