Futzal üzrə Azərbaycan və İran millilərinin oyunlarına təyinatlar açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Avropa çempionatının final mərhələsinə hazırlığını Bakıda davam etdirən yığmamız asiyalılarla 2 dəfə görüşəcək.
Yanvarın 23-də və 24-də baş tutacaq görüşləri fərqli hakimlər idarə edəcək. İlk matçda Yusif Nurullayev, ikinci görüşdə Elçin Səmədli baş hakim olacaq.
23 yanvar
21:00. Azərbaycan – İran
Hakimlər: Yusif Nurullayev, Hikmət Qafarlı, Ramil Namazov
24 yanvar
21:00. Azərbaycan – İran
Hakimlər: Elçin Səmədli, Ramil Namazov, Yusif Nurullayev
Qeyd edək ki, qarşılaşmalar Bakı İdman Sarayında keçiriləcək.