Bank Of Baku

Azərbaycan çempionatı 287 yarış arasında 216-cı yerdədir

Azərbaycan çempionatı 287 yarış arasında 216-cı yerdədir
# 28 fevral 2018 08:58 (UTC +04:00)

Dünyanın müxtəlif ölkələrində keçirilən futbol turnirlərin məhsuldarlıq üzrə cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda ümumilikdə 287 yarış yer alıb.

 

Azərbaycan Premyer Liqası az qolun vurulması ilə diqqət çəkir. Çempionatımız cədvəlin 216-cı pilləsindədi. Premyer Liqada orta məhsuldarlıq 2,34-ə bərabərdi.

 

Belə ki, 17 turda baş tutan 68 qarşılaşmada 159 qol vurulub. Bu nəticə ölkəmiz üçün son illərlə müqayisədə rekorddu.

 

Məsələ ondadı ki, 2015/16 və 2016/17 mövsümlərində Azərbaycanda daha az qol qeydə alınıb. Ötən il 2,25, ondan öncə 2,17-yə malik Premyer Liqa artıma nail olmağı bacarıb. İndiki 2,34-ə bərabər göstərici son 10 ildə 4-cü nəticənin də təkrarıdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR