21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, final mərhələsi 2019-cu ildə İtaliya və San-Marinoda keçiriləcək yarışa vəsiqələr uğrunda mübarizə aparan 54 komanda 9 qrupa bölünüb.
Püşkün nəticəsinə əsasən V qrupda yer alan Azərbaycan millisinin də rəqibləri müəyyənləşib. Yaşar Vahabzadənin yetirmələri qitə birinciliyinə yollanmaq uğrunda Almaniya, İsrail, Norveç, İrlandiya və Kosovo ilə yarışacaq.
Qeyd edək ki, martda start götürəcək seçmə mərhələ oyunlarına gələn ilin oktyabrında yekun vurulacaq.