Bank Of Baku

Azərbaycan millisinin Norveç və San Marino ilə oyunlarının hakimləri açıqlanıb

Azərbaycan millisinin Norveç və San Marino ilə oyunlarının hakimləri açıqlanıb
# 28 avqust 2017 11:05 (UTC +04:00)

Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsində keçirəcəyi növbəti iki oyunun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, sentyabrın 1-də Osloda keçiriləcək Norveç – Azərbaycan və sentyabrın 4-də Bakıda baş tutacaq Azərbaycan – San Marino qarşılaşmalarını idarə edəcək hakimlər bəlli olub.

 

Yığmamızın səfər matçı polşalı hakimlərə tapşırılıb. Oyunun baş hakimi Daniel Stefanski olacaq.

 

San-Marino ilə qarşılaşmada isə ədaləti Monteneqrodan olan hakimlər qoruyacaq. Baş hakim isə Nikola Dabanoviç olacaq.

 

DÇ-2018-in seçmə mərhələsi

1 sentyabr

22:45. Norveç – Azərbaycan

Baş hakim: Daniel Stefanski

Baş hakimin köməkçiləri: Robert Marçin Bonek,  David Qolis

Dördüncü hakim: Bartoş Frankovski (hamısı Polşa)

Hakim-inspektor: Con Peter (İngiltərə)

Komissar: Nikolae Kamelia (Rumıniya)

Oslo. “Ulleval” stadionu

 

5 sentyabr

20:00. Azərbaycan – San Marino

Baş hakim: Nikola Dabanoviç

Baş hakimin köməkçiləri: Milutin Djukiç, Yovitsa Tatar

Dördüncü hakim: Pavle Radovanoviç (hamısı Monteneqro)

Hakim-inspektor: Kay Osterqard (Danimarka)

Komissar: Oljas Abrayev (Qazaxıstan)

Bakı. 8-ci km stadionu

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR