Bank Of Baku

Azərbaycan millisinin oyunlarının tarixi müəyyənləşib

Azərbaycan millisinin oyunlarının tarixi müəyyənləşib
# 25 yanvar 2017 12:32 (UTC +04:00)

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin oyun günləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA hər birində 6 komanda olan qrupların matçları üçün 7 zaman kəsiyi müəyyənləşdirib.

 

Bu dövrlərin hər biri 9 günü əhatə edəcək. Hər yığma da həmin müddətdə bir, istədiyi halda iki matça çıxacaq. Bir sözlə, 7 dövr ərzində 14 matçın keçirilməsi mümkündü. Hər komandanın 10 matça çıxmalı olduğunu nəzərə alsaq, iştirakçılar 7 dövrdəki 14 mümkün oyun günündən 4-də istirahət edəcək.

 

Bu isə o deməkdi ki, millilər 3 dəfə cüt, 4 dəfə tək oyunla kifayətlənə bilər. Azərbaycan millisinin də çıxış edəcəyi seçmə mərhələ isə artıq martda start götürəcək.

 

2017-ci il

20-28 mart

5-13 iyun

28 avqust-5 sentyabr

2-10 oktyabr

6-14 noyabr

2018

19-27 mart

3-11 sentyabr

8-16 oktyabr

 

Pley-off mərhələsinin görüşlərinin də vaxtı bəllidi. Qrup ikincilərinin qatılacağı matçlar 2018-ci il noyabrın 12-20-də baş tutacaq.

 

Qeyd edək ki, seçmə mərhələnin püşkatması sabah keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR