Bank Of Baku

Azərbaycan millisinin rəqibləri bəlli olub

Azərbaycan millisinin rəqibləri bəlli olub
# 11 noyabr 2016 11:14 (UTC +04:00)

19 yaşadək qızlar arasında Avropa çempionatının 2017/18 mövsümünün püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə seçmə mərhələnin 48 iştirakçısı 12 qrupa bölünüb.

 

Püşkatmaya C səbətində qatılan Azərbaycan millisinin də rəqibləri bəlli olub. Yığmamız 4-cü qrupda İspaniya, Ukrayna, Albaniya ilə mübarizə aparacaq.

 

Qeyd edək ki, seçmə mərhələnin oyunları 2017-ci il sentyabrın 11-19 və ya oktyabrın 16-24-də keçirilməlidi. Hər qrupda ilk iki yeri tutanlar elit-raunda yüksələcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR