Bank Of Baku

Azərbaycan yığması DÇ-nin seçmə mərhələsində uğurlu seriyanı davam etdirib

Azərbaycan yığması DÇ-nin seçmə mərhələsində uğurlu seriyanı davam etdirib
# 11 oktyabr 2016 22:39 (UTC +04:00)

Bakı-APA. Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində III oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, yığmamız səfərdə Çexiya ilə qarşılaşıb.

 

Qrupdakı ilk iki matçında San Marino və Norveç üzərində minimal hesablı qələbələrə sevinərək 100% nəticə göstərən komandamız uğurlu seriyanı davam etdirə bilib.

 

Səfər oyununda inamla müdafiə olunan millimiz adlı-sanlı rəqibi qarşısında 0:0 hesablı bərabərliyə nail ola bilib.

 

Bununla da xalını 7-ə yüksəldən Robert Prosineçkinin yetirmələri 3 turdan sonra mübarizəni qol buraxmadan davam etdirir.

 

 

DÇ-2018-in seçmə mərhələsi

Avropa zonası, C qrupu

III tur, 11 oktyabr

 

 

Çexiya – Azərbaycan - 0:0

 

Baş hakim: Matey Yuq

Baş hakimin köməkçiləri: Tomaş Klançnik, Manuel Vidali

Dördüncü hakim: Mitya Jqaneç (hamısı Sloveniya)

Hakim-inspektor: Manuel Diaz Veqa (İspaniya)

UEFA nümayəndəsi: George Kumas (Kipr)

Ostrava. “Mestiski” stadionu 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR