Bakı – APA. Futzal üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, sentyabrın 10-dan oktyabrın 1-dək Kolumbiyada təşkil olunacaq mundialın 24 iştirakçısı 6 qrupa bölünüb.
Tarixində ilk dəfə final mərhələsinə yüksələn Azərbaycan millisi F qrupunda mübarizə aparacaq.
Medelyin şəhərində baş tutan tədbirdə millimizin bəxti gətirməyib. Komandamız çox güclü İran və İspaniya komandaları ilə eyni qrupa düşüb. Bu qrupa 3-cü səbətdən isə Afrika təmsilçisi Mərakeş düşüb.
Qeyd edək ki, 1/8 finala hər qrupda ilk 2 yeri tutanlar və ən yaxşı nəticəyə malik 4 üçüncü yer sahibi vəsiqə əldə edəcək.
A qrupu
Kolumbiya, Portuqaliya, Özbəkistan, Panama
B qrupu
Tailand, Rusiya, Kuba, Misir
C qrupu
Paraqvay, İtaliya, Vyetnam, Qvatemala
D qrupu
Ukrayna, Braziliya, Mozambik, Avstraliya
E qrupu
Argentina, Qazaxıstan, Solomon adaları, Kosta-Rika
F qrupu
İran, İspaniya, Mərakeş, Azərbaycan