Bank Of Baku

Rəşad Sadıqov Çexiya ilə oyundan sonra milli komandada karyerasını bitirəcək

Rəşad Sadıqov Çexiya ilə oyundan sonra milli komandada karyerasını bitirəcək
# 02 oktyabr 2017 16:13 (UTC +04:00)

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Azərbaycan - Çexiya qarşılaşması milli komandanın kapitanı Rəşad Sadıqov üçün vida oyunu olacaq. 

 

Apasport.az-ın məlumatına görə, bunu AFFA-nın rəsmi saytı açıqlayıb.

 

35 yaşlı müdafiəçi qurumun saytına açıqlamasında bu addımın atmasını belə izah edib: “Çexiya ilə oyunun millimizin cari seçmə mərhələdə son ev qarşılaşması olduğunu nəzərə alaraq bu qərarı verdim. Bütün sualları isə oyunöncəsi keçiriləcək mətbuat konfransında cavablandıracağam”.

 

Qeyd edək ki, 2001-ci ildən əsas milli komandaya dəvət edilən Rəşad Sadıqov yığmanın heyətində 110 oyun keçirib və 5 qol vurub.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR