Bank Of Baku

Azərbaycanda daha 2 futbolçunun adı danışılmış oyunlarda hallanır

Azərbaycanda daha 2 futbolçunun adı danışılmış oyunlarda hallanır
# 14 dekabr 2016 11:01 (UTC +04:00)

AFFA-nın İntizam Komitəsi danışılmış oyunlarla bağlı araşdırmalarının növbəti nəticələrini açıqlayıb. Apasport.az saytının məlumatına görə, UEFA-dan və digər mənbələrdən I divizion komandaları arasında danışılmış oyunlarla bağlı daxil olan məlumatları araşdırmaqda davam edən AFFA və PFL müəyyən qərarlar çıxarıb.

 

Müvafiq komissiyanın qərarına əsasən, bu işdə şübhəli bilinən daha iki futbolçu araşdırma başa çatana qədər AFFA-nın bayrağı altında keçirilən bütün oyunlardan kənarlaşdırılıb. Bunlar Uce Cukunyere (“Şahdağ”, Qusar) və Ruslan Həmidovdu (“Energetik”, Mingəçevir).

 

Noyabrın 22-də açıqlanan siyahıda yer alanlarla bağlı yeni qərara əsasən, araşdırma başa çatana qədər qüvvəsində qalır.

 

Şahdağ (Qusar)

İqrar Səmədov

Rafael Kübərov (İnzibatçı)

 

Rəvan (Bakı)

Elvin Əliyev

Cəmşid Məhərrəmov

 

Göyəzən (Qazax)

Arzuman Vəliyev

Tunar Şahtaxtinski 

 

Energetik (Mingəçevir)

Elvin Əlizadə

Kamran Lalayev

 

Hakim

Anar Niyazov

 

Digər 15 şəxsi təmizə çıxaran AFFA onlarla bağlı qərarı qüvvədən düşmüş hesab edib.

 

Şahdağ (Qusar)

Kamran Ağakərimov

Tofiq Şəfiyev

Mahiddin Ağamov  

Faik Ağakərimov

 

Rəvan (Bakı)

Əkbər Əhmədov

Fərid Ağayev

Mirqasım Cabbarlı

Omid Masumi

Fərid Quliyev

 

Bakılı (Bakı)

Bəhram Bəhramzadə

Xəzər Qəribov

 

Göyəzən (Qazax)

Orxan Əsgərov

 

Energetik (Mingəçevir)

Orxan Əlibalayev

 

Şərurspor (Bakı)

Mehdi Rəsulov

Samir Musayev

 

Qeyd edək ki, komissiya tərəfindən aparılan araşdırmaların nəticələri  AFFA-nın İcraiyyə Komitəsinə təqdim olunacaq və  danışılmış oyunlarla bağlılığı olan komandalara, klub rəsmilərinə, məşqçilərə və futbolçulara qarşı ciddi sanksiyalar tətbiq olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR