Bank Of Baku

Azərbaycanlı hakim “Şalke” – “Nitsa” matçını idarə edəcək

Azərbaycanlı hakim “Şalke” – “Nitsa” matçını idarə edəcək
# 21 noyabr 2016 09:41 (UTC +04:00)

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin daha bir oyununa təyinat alıb. Apasport.az saytının məlumatına görə, 29 yaşlı hakim V turun “Şalke” (Almaniya) – “Nitsa” (Fransa) matçını idarə edəcək. 

 

Ağayevə yan xətt hakimləri kimi Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Görüşdə 4-cü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.  Orxan Məmmədov və Rəhim Həsənov isə əlavə köməkçi hakimlər qismində təmsil olunacaqlar.

 

Qeyd edək ki, Ağayevin idarə edəcəyi oyun noyabrın 24-də “Şalke” stadionunda keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR