Bank Of Baku

Bakının “İnter” klubunun adı dəyişdiriləcək

Bakının “İnter” klubunun adı dəyişdiriləcək
# 04 avqust 2017 11:46 (UTC +04:00)

Azərbaycan futbolunda daha bir komanda yeni ad altında çıxış edəcək. Apasport.az saytı xəbər verir ki, Bakının “İnter” klubunun adı dəyişdiriləcək.

 

Bu barədə əməkdaşımızla söhbətində AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. O, “İnter”in yeni adının nə olacağını açıqlamasa da, dəyişikliyin baş verəcəyini təsdiqləyib: “İnter” Premyer Liqadakı rəqiblərini hansı stadionda qəbul etmək məsələsinin həllinə çalışır. Yəqin ki, tezliklə klubun adı da dəyişəcək”.

 

Qeyd edək ki, “Xəzər Universiteti” kimi yaranan klub 2004-cü ildən “İnter” adını daşıyır.  

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR