Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandaların yer alacağı səbətlər bəlli olub. Apasport.az saytının məlumatına görə, əsas raundda iştirakı dəqiqləşən 32 komandanın hər birinin hansı səbətdə yerləşəcəyi müəyyənləşib.
“Kopenhagen”i yolundan kənarlaşdıraraq tarixdə ilk dəfə Çempionlar Liqasının qrupunda yarışacaq Azərbaycan çempionu “Qarabağ” IV səbətdə yer alacaq.
Təmsilçimizlə birlikdə pley-offların ikinci oyun günündə çıxış edən və mərhələ adlayan APOEL, MOİK və “Sportinq” də 4-cü səbətdə məskunlaşacaqlar.
Çempionlar Liqasının qrup mərhələsinin səbətləri
I səbət
“Real”
“Bavariya”
“Çelsi”
“Yuventus”
“Benfika”
“Monako”
“Spartak” Moskva
“Şaxtyor”
II səbət
“Barselona”
“Atletiko”
PSJ
“Borussiya” Dortmund
“Sevilya”
“Mançester Siti”
“Porto”
“Mançester Yunayted”
III səbət
“Napoli”
“Tottenhem”
“Bazel”
“Olimpiakos”
“Anderlext”
“Roma”
“Beşiktaş”
“Liverpul”
IV səbət
“Seltik”
“Qarabağ”
APOEL
“Sportinq”
MOİK (Rusiya)
“Feyenord”
“Maribor”
“Leypsiq”
Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulub. Cavab oyunları çərçivəsində 5 qarşılaşma baş tutub. Bu qarşılaşmalarla qrup mərhələsinin sonuncu 5 iştirakçısı bəlli olub.
“Kopenhagen” (Danimarka) - “Qarabağ” (Azərbaycan) - 2:1
İlk oyun - 0:1
“Slaviya” (Çexiya) - APOEL (Kipr) - 0:0
İlk oyun - 0:2
“Liverpul” (İngiltərə) - “Hoffenhaym” (Almaniya) - 4:2
İlk oyun - 2:1
“Styaua” (Rumıniya) - “Sportinq” (Portuqaliya) - 1:5
İlk oyun - 0:0
MOİK (Rusiya) - “Yanq Boyz” (İsveçrə) - 2:0
İlk oyun - 1:0