Bank Of Baku

Çempionlar Liqasında ikinci mərhələnin bütün cütlükləri bəlli olub

Çempionlar Liqasında ikinci mərhələnin bütün cütlükləri bəlli olub
# 06 iyul 2016 22:14 (UTC +04:00)

Bakı-APA. İyulun 6-da keçirilən “Linkoln” (Cəbəllütariq) – “Flora” (Estoniya) (2:0) oyunu ilə Çempionlar Liqası II təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib.

 

Apasport.az saytının məlumatına görə, dörd komandanın ikinci mərhələyə yüksəlməsi ilə barəbarə gözləyən komandaların rəqibləri bəlli olub.

 

Beləliklə, ikinci təsnifat mərhələsində “Seltik” (Şotlandiya) Cəbəllütariqin “Linkoln” komandası ilə qarşılaşacaq.

 

Kiprin APOEL klubunun rəqibi isə Uels təmsilçisi TNS olub.

 

Üçüncü mərhələyə çıxmaq üçün “Srvena Zvezda” (Serbiya) “Torşvan”ı (Farer Adaları) yolundan kənarlaşdırmalıdır.

 

Öz növbəsində “Dinamo” (Tiflis) isə “Alaşkert”lə (Ermənistan) münasibətlərinə aydınlıq gətirəcək.

 

Qeyd edək ki, Çempionlar Liqasının I və II mərhələsinin püşkatması iyunun 20-sində Nyonda atılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR