Bank Of Baku

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib
# 02 may 2018 22:44 (UTC +04:00)

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, bununla ikinci finalçının adına aydınlıq gəlib.

 

Mövsümün iki sürpriz komandası final yolunda qarşılaşıb. “Enfild Roud”da böyükhesablı məğlubiyyətə düçar olan “Roma” bu dəfə “Liverpul”u doğma arenasında qəbul edib.

 

Olduqca maraqlı və gərgin keçən oyunda azarkeşlər 6 qola şahidlik ediblər. Qarşılaşmanın gedişində 2 dəfə hesabda geri düşməsinə baxmayaraq sonradan özündə güc tapan "Roma" 4:2 hesablı qələbə qazanıb. Ancaq bu qələbə finala çıxmaq üçün bəs etməyib.

 

Çempionlar Liqası

 

Yarımfinal (cavab oyunu)

 

 

2 may

 

“Roma” (İtaliya) – “Liverpul” (İngiltərə) - 4:2

 

Qollar: Milner, 15 (avtoqol), Ceko, 52, Naynqolan, 86, 90+3 (pen.) - Mane, 9, Vaynaldum, 26

 

İlk oyun - 2:5

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR