Bank Of Baku

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib

Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunu keçirilib
# 03 may 2017 00:05 (UTC +04:00)

UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə Madridin iki təmsilçisi üz-üzə gəlib.

 

Çempionlar Liqasının son qalibi “Real” turnirin son finalçısı “Atletiko”nu qəbul edib. ÇL-də həmşəhəri üçün arzuolunmaz rəqib hesab olunan “Real” bu dəfə də ənənəyə sadiq qalıb.

 

"Kral klubu"nun portuqaliyalı super ulduzu Ronaldo matçın taleyini təkbaşına həll edib. Het-trik edən oyunçu komandası üçün finalın "qapısını aralayıb".

 

Çempionlar Liqası

Yarımfinal mərhələsi, ilk oyunlar

2 may

 

“Real” (Madrid, İspaniya) – “Atletiko” (Madrid, İspaniya) - 3:0

Qollar: Ronaldo, 10, 73, 86

 

Baş hakim: Martin Atkinson (İngiltərə)

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR