Bank Of Baku

Çempionlar Liqasının finalı Avropadan kənarda keçirilə bilər

Çempionlar Liqasının finalı Avropadan kənarda keçirilə bilər
# 20 oktyabr 2016 20:19 (UTC +04:00)

Bakı-APA.  “Çempionlar Liqasının final matçı Avropa hüdudlarından kənarda, xüsusən, ABŞ-da  keçirilə bilər.  Bu pis ideya deyil, lakin biz bunu hələ müzakirə etməliyik”.

 

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bunu UEFA prezidenti Aleksandr Çeferin deyib.

 

UEFA rəhbərinin fikrincə, Çempionlar Liqasının final matçının məkanı açıq müraciət kampaniyası zamanı müəyyən ediləcək. O, Nyu-Yorkun əsas namizədlər siyahısında olduğunu bildirib.      

 

“Avropa klublarının fanatları üçün okeanı adlamaq problem olmayacaq”, - deyə  UEFA prezidenti əlavə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR