Bank Of Baku

ÇL: I təsnifat mərhələsinə yekun vurulub

ÇL: I təsnifat mərhələsinə yekun vurulub
# 18 iyul 2018 23:15 (UTC +04:00)

Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, cavab oyunları çərçivəsində 6 qarşılaşma baş tutub.

 

Baş tutan matçlardan sonra “Qarabağ”, həmçinin “Astana”, “Şerif”, “Rusenborq”, “Seltik”, Slovakiya “Spartak”ı mərhələ keçib.

 

“Astana”yla “Seltik” hər iki matçda qələbə qazanmaqla turu keçib. “Şerif”lə “Rusenborq” isə ilk oyundakı məğlubiyyətin əvəzini çıxmaqla bunu bacarıb. İlk qarşılaşmada qalib gələn “Spartak”la “Qarabağ” isə heç-heçəylə istəyinə çatıb.

 

Çempionlar Liqası

 

I təsnifat  mərhələsi, cavab oyunları

 

18 iyul

 

 

“Zrinski” (Bosniya və Herseqovina) - “Spartak” (Slovakiya) - 1:1

 

Qollar: Todoroviç, 56 - Qodal, 15

 

İlk oyun - 0:1

 

 

“Şerif” (Moldova) - “Torpedo” (Kutaisi, Gürcüstan) - 3:0

 

Qollar: Badibanqa, 9, Santos, 40, 55

 

İlk oyun – 1:2

 

 

“Qarabağ” (Azərbaycan) - “Olimpiya” (Sloveniya) - 0:0

 

İlk oyun - 1:0

 

 

“Rusenborq” (Norveç) - “Valyur” (İslandiya) - 3:1

 

Qollar: Bendtner, 55 (pen.), 90 (pen.), Trondsen, 72 - Siqurdson, 85 (pen.)

 

İlk oyun - 0:1

 

 

“Sutyeska” (Monteneqro) - “Astana” (Qazaxıstan) - 0:2

 

Qollar: Despotoviç, 38, Mujikov, 85

 

İlk oyun - 0:1

 

 

“Seltik” (Şotlandiya)  - “Alaşkert” (Ermənistan) - 3:0

 

Qollar: Dembele, 8, 19 (pen.), Forrest, 35

 

İlk oyun – 3:0

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR