Bank Of Baku

DÇ-2018: Daha 2 milli komanda mundiala vəsiqə qazanıb

DÇ-2018: Daha 2 milli komanda mundiala vəsiqə qazanıb
# 06 oktyabr 2017 07:55 (UTC +04:00)

DÇ-2018-in final mərhələsinə daha iki vəsiqənin sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avropa zonasında IX turun ilk oyun günündən sonra Almaniya və İngiltərə mundiala vəsiqəni rəsmiləşdirib.

 

Almaniya C, İngiltərə F qrupunda I yeri təmin edib. Bununla, mundialda iştirakı dəqiqləşən komandaların sayı 10-a çatıb.

 

Qeyd edək ki, Rusiyanın meydan sahibi kimi qatılacağı yarışa Braziliya Cənubi Amerikadan, İran, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Yaponiya Asiyadan, Meksika KONKAKAF-dan, Belçika, Almaniya, İngiltərə Avropadan seçmə oyunlarından bunu rəsmiləşdirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR