Bank Of Baku

DÇ-2018: Növbəti iki 1/8 final cütlüyü müəyyənləşib

DÇ-2018: Növbəti iki 1/8 final cütlüyü müəyyənləşib
# 27 iyun 2018 23:00 (UTC +04:00)

DÇ-2018-də növbəti 1/8 final cütlükləri müəyyənləşib.

 

Apasport.az saytının məlumatına görə, bu, F və E qrupunda mübarizəyə yekun vurulduqdan sonra olub.

 

Belə ki, F qrupunda 1-ci yeri tutan İsveç E qrupunun ikincisi İsveçrə ilə üz-üzə gələcək. F qrupunun ikincisi Meksika isə E qrupunda lider olan Braziliya ilə 1/4 final uğrunda yarışacaq.

 

Qeyd edək ki, Braziliya – Meksika matçı iyulun 2-də, İsveç – İsveçrə qarşılaşması isə ondan bir gün sonra keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR