Bank Of Baku

DÇ-2018: Pley-off mərhələsinin səbətləri açıqlanıb

DÇ-2018: Pley-off mərhələsinin səbətləri açıqlanıb
# 16 oktyabr 2017 10:48 (UTC +04:00)

Bu gün açıqlanan FİFA reytinqi DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin püşkatması öncəsi səbətlərin tərkibinə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, seçmə mərhələdə qrup ikincisi olan komandalar arasında ən yüksək reytinqə malik 8 yığma FİFA-nın cədvəlindəki mövqeyi ilə “dördlük”lərə bölünüb.

 

Səpələnmişlər sırasında ikinci “onluq” komandaları yer alıb. Bunlar İsveçrə (11-ci), İtaliya (15-ci), Xorvatiya (18-ci) və Danimarka (19-cu) milliləridi.

 

Seçmə mərhələdə yığmamızı rəqibi olmuş Şimali İrlandiya isə səpələnməmişlər arasında ən yüksək reytinqlisidi – 23-cü yer. İsveç (25-ci), İrlandiya (26-cı) və Yunanıstan (47-ci) da bu səbətdə qərarlaşıblar.

 

Qeyd edək ki, sabah İsveçrənin Sürix şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR