Bank Of Baku

Dünya çempionatının finalçıları müəyyənləşib

Dünya çempionatının finalçıları müəyyənləşib
# 29 sentyabr 2016 07:55 (UTC +04:00)

Bakı – APA. Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında yarımfinal mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, mərhələnin ikinci oyununda Argentina və Portuqaliya üz-üzə gəlib.

 

1/4 finalda Azərbaycan millisini mübarizədən kənarlaşdıran pireneylilər Cənubi Amerika təmsilçisi ilə qarşılaşmada aciz qalıb. 5:2 hesablı qələbə qazanan argentinalılar tarixində ilk dəfə mundialın finalına yüksəlib.

 

Oktyabrın 1-də baş tutacaq final qarşılaşmasında Argentina Rusiya ilə üz-üzə gələcək. Bürünc medalın sahibi isə İran və Portuqaliya arasında qarşılaşmada müəyyənləşəcək.

 

Futzal üzrə dünya çempionatı

Yarımfinal

28 sentyabr

Argentina – Portuqaliya – 5:2

 

III yer uğrunda oyun

1 oktyabr

21:00. İran - Portuqaliya

 

Final

1 oktyabr

23:30. Rusiya - Argentina

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR