Bank Of Baku

Əmrə Mor “Qalatasaray”la danışıqlara başlayıb

Əmrə Mor “Qalatasaray”la danışıqlara başlayıb
# 03 may 2018 13:01 (UTC +04:00)

“Selta”nın futbolçusu Əmrə Morun karyerasını Türkiyədə davam etdirməsi gözlənilir. Apasport.az saytının AS nəşrinə istinadən məlumatına görə, gənc yarımmüdafiəçi “Qalatasaray”a keçmək üzrədi.

 

Milli üzvünün keçidində maraqlı olan “sarı-qırmızılar” transferin reallaşması üçün qarşı tərəflə danışıqlara başlayıb. Həmçinin futbolçu özü də “Selta”nı tərk etmək fikrindədi. Məşqlərə gecikdiyi üçün tez-tez cəzalandırılan 20 yaşlı yarımmüdafiəçi hətta bir ara əsas komandadan uzaqlaşdırılmışdı.

 

Qeyd edək ki, Əmrə Mor “Selta”ya ötən il Dortmund “Borussiya”sından keçib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR