Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında keçirəcəyi daha bir oyunun yeri dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yığmamızın Farer adaları ilə səfər qarşılaşması Torshavn şəhərində keçiriləcək.
Oktyabrın 11-dəki görüş 6 min tamaşaçı tutumuna malik “Torsvollur” stadionunda baş tutacaq. III turun matçını qəbul edəcək bu arena 1999-cu ildə inşa olunub.
Qeyd edək ki, artıq millimizin ilk 4 görüşünün stadionu dəqiq müəyyənləşib. Kosovo və Malta ilə ev oyunları Bakı Olimpiya Stadionunda baş tutacaq. Son ev qarşılaşmasının da burada keçirilməsi gözlənilir. Malta ilə səfər matçı isə Ta Qalidəki Milli stadionda keçiriləcək.
Millətlər Liqası
D liqası
I tur
7 sentyabr
20:00. Azərbaycan – Kosovo
Bakı Olimpiya Stadionu
II tur
10 sentyabr
22:45. Malta – Azərbaycan
Ta Qali. Milli stadion
III tur
11 oktyabr
22:45. Farer adaları – Azərbaycan
Torshavn. “Torsvollur” stadionu
IV tur
14 oktyabr
20:00. Azərbaycan – Malta
Bakı Olimpiya Stadionu