Milli komandaların FİFA reytinqi açıqlanıb. Apasport.az saytının məlumatına görə, siyahıda ciddi dəyişiklik olmayıb.
Buna səbəb hesabat dövründə yığma səviyyəli matçların yox dərəcəsində olmasıdı. Düzdü, Malavi 13 pilləlik eniş, Sent-Vinsent və Qrenadini 8 addımlıq yüksəlişə imza atıb. Madaqaskarın 8, Sudanın 3 pillə gerilədiyi siyahıda Azərbaycan millisinin də mövqeyi dəyişməyib.
Son 28 gün ərzində heç bir matça çıxmayan Azərbaycan millisi 386 xala malikdi. Robert Prosineçkinin yetirmələri 87-ci pillədə qalıb.
Millimiz və “qonşular”ı
83 (83). Benin – 396
84 (84). Konqo – 392
84 (84). Qabon – 392
86 (86). Norveç – 387
87 (87). Azərbaycan – 386
88 (88). Svazilend - 378
89 (89). Qətər – 369
90 (91). Liviya - 361
91 (90). Mavritaniya – 359
Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik yaşanmayıb. Ümumiyyətlə, “50-lik”də yalnız bir yerdəyişmə olub.
İlk “onluq”
1 (1). Braziliya – 1672
2 (2). Argentina – 1603
3 (3). Almaniya – 1464
4 (4). Çili – 1411
5 (5). Kolumbiya – 1348
6 (6). Fransa – 1294
7 (7). Belçika – 1281
8 (8). Portuqaliya – 1259
9 (9). İsveçrə - 1212
10 (10). İspaniya – 1204
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin də mövqeyində heç bir dəyişiklik qeydə alınmayıb.
DÇ-2018-in seçmə mərhələsi, Avropa zonası üzrə C qrupu
3 (3). Almaniya – 1464
26 (26). Şimali İrlandiya - 823
42 (42). Çexiya - 679
81 (81). Norveç - 387
204 (204). San-Marino – 12
Qeyd edək ki, qonşu Türkiyə yığması 22-ci yerdə qalıb. “Ay-ulduzlular”ın hesabındakı 863 xal dəyişməyib.