Bank Of Baku

Futbol üzrə Azərbaycan millisi Latviya ilə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi Latviya ilə qarşılaşacaq
# 07 fevral 2018 11:21 (UTC +04:00)

Futbol üzrə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib. Apasport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız Latviya ilə qarşılaşacaq.

 

Qurban Qurbanovun yetirmələri Baltikyanı ölkə təmsilçisi ilə iyunun 9-da üz-üzə gələcək. Yığmamız bu oyunu səfərdə keçirəcək.

 

Qarşılaşmanın keçiriləcəyi stadion və başlanma vaxtı hələlik dəqiqləşməyib.

 

Qeyd edək ki, millimiz növbəti oyununu martın 27-də Makedoniya ilə keçirəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR