Bank Of Baku

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının 1/8 finalına yüksəlib

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının 1/8 finalına yüksəlib
# 19 sentyabr 2016 02:38 (UTC +04:00)

Bakı-APA. Kolumbiyada keçirilən  futzal üzrə dünya çempionatında Azərbaycan millisi qrup mərhələsində üçüncü oyununu keçirib.

 

APA-nın məlumatına görə, yığmamız Medelyin şəhərində İran futzalçıları ilə qarşılaşıb.

 

Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb. Beləliklə, millimiz dünya çempionatının 1/8 finalına vəsiqə qazanıb.  Millimiz İranla eyni xal toplayıb, lakin top fərqinə görə turnir cədvəlində rəqibini qabaqlaya bilib. Futzalçılarımız 1/8 finalda Tailand yığması ilə qarşılaşacaq.

 

Xatırladaq ki, Azərbaycan millisi turnirdə keçirdiyi ilk oyunda Mərakeşi 5:0 məğlub edib, İspaniyaya isə 2:4 hesabı ilə uduzub.

 

Azərbaycan-İran 3:3

Qollar: Tyaqu, Qallo (2):  İsmayılpur, Tavakoli, Tayebi

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR