Bank Of Baku

Gürcüstanda futbolçu oyundan əvvəl vəfat edib

Gürcüstanda futbolçu oyundan əvvəl vəfat edib
# 01 oktyabr 2017 23:42 (UTC +04:00)

Gürcüstan təmsilçisi “Zuqudidi”nin qapıçısı Şota Maminaşvili vəfat edib.

 

Apasport.az saytının məlumatına görə, “çərçivə qoruyucusu” “VİT Corciya” ilə oyundan əvvəl isinmə hərəkətləri edərkən huşunu itirib.

 

Onu təcili xəstəxanaya aparsalar da, həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə əlaqədar qarşılaşma təxirə salınıb.

 

Qeyd edək ki, 31 yaşlı Maminaşvili daha çox Batumi “Dinamo”sundakı çıxışı ilə məşhur idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR