Bank Of Baku

İngiltərə klubu Messinin transferi üçün 400 milyon avro ödəməyə hazırdır

İngiltərə klubu Messinin transferi üçün 400 milyon avro ödəməyə hazırdır
# 08 oktyabr 2017 18:19 (UTC +04:00)

İngiltərənin “Mançester Siti” klubu "Barselona"nın futbolçusu Lionel Messinin transferi üçün rekord məbləğ -  400 milyon avro ödəməyə hazırdır.

 

APA-nın məlumatına görə, bu barədə İspaniyanın “As” qəzeti yazıb.

 

Bildirilir ki, İngiltərə klubu mümkün transferlə bağlı bütün müvafiq sənədləri hazırlayıb. Messinin “Barselona” ilə müqaviləsi 2018-ci ilin yayında bitir.

 

Qeyd edək ki, cari mövsümdə Argentina millisinin kapitanı “Barselona”nın heyətində 11 matçda 14 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR