Bank Of Baku

İngiltərə millisinin yeni baş məşqçisi məlum olub

İngiltərə millisinin yeni baş məşqçisi məlum olub
# 23 iyul 2016 02:20 (UTC +04:00)

Bakı-APA. İngiltərə millisinin yeni baş məşqçisi müəyyənləşib.

 

APA-nın İngiltərə Futbol Federasiyasının saytına istinadən verdiyi xəbərə görə, “Sanderlend” klubunun baş məşqçisi, 62 yaşlı Sem Ellerdays İngiltərə yığması ilə 2 illik müqavilə imzalayıb.

 

O, Avropa çempionatından sonra istefaya göndərilən Roy Hocsonu əvəzləyib. Bundan əvvəl "Böyük Sem" ləqəbli Ellerdays  “Bolton”, “Nyukasl”, “Vest Hem” və digər Britaniya klublarını çalışdırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR