Bank Of Baku

İrqçilikdə günahlandırılan futbolçu 5 oyunluq cəzalandırılacaq

İrqçilikdə günahlandırılan futbolçu 5 oyunluq cəzalandırılacaq
# 08 noyabr 2016 23:27 (UTC +04:00)

“Nyukasl”ın futbolçusu Conco Şelvi irqçilikdə ittiham olunur. Apasport.az saytının məlumatına görə, İngiltərə Futbol Federasiyası “sağsağanlar”ın oyunçusunu “Vulverhempton”la oyunda rəqib futbolçunu təhqir etməkdə günahlandırıb.

 

Belə ki, sentyabrda baş tutan oyunda Şelvi rəqibini irqi, dini və milli zəmində təhqir edib.

 

Yarımmüdafiəçiyə özünü müdafiə etmək üçün noyabrın 16-na qədər vaxt verilib. Əgər günahı sübuta yetirilsə, onu 5 oyunluq cəza gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR