Bank Of Baku

İspaniya çempionatının qalibi müəyyənləşib

İspaniya çempionatının qalibi müəyyənləşib
# 21 may 2017 21:56 (UTC +04:00)

Futbol üzrə İspaniya çempionatının qalibi müəyyənləşib.

 

Apasport.az saytının məlumatına görə, son turda bütün diqqətlər Malaqa və Barselonaya yönəlib. Belə ki, bu şəhərlərdə keçiriləcək “Malaqa” - “Real” və “Barselona” - “Eybar” oyunlarında çempionluğun taleyi həll edilib.

 

Madrid təmsilçisi səfərdə qalib gələrək, "Barselona"nın 4:2 hesablı qalibiyyətinə baxmayaraq, mövsümü çempion kimi başa vurub. Qeyd  edək ki, “kral klubu” son dəfə 5 il əvvəl  La Liqanın çempionu olmuşdu.

 

İspaniya La Liqası

XXXVIII tur

“Barselona” – “Eybar” - 4:2

Qollar: Yunka, 63 (öz qapısına), Suarez, 73, Messi, 76 (pen.), 90+2 - İnui, 7, 61

 

“Malaqa” – “Real” - 0:2

Qollar: Ronaldo, 2, Benzema, 55

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR