İtaliya A seriyasında 2017/18 mövsümünün təqvimi bəlli olub. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, yeni mövsüm avqustun 20-də start götürəcək.
Bundan bir həftə əvvəl – avqustun 13-də isə Romada “Yuventus”la “Latsio” İtaliya Superkuboku matçında üz-üzə gələcək.
Gələn il, mayın 20-nə qədər davam edəcək mövsümdə 25 sentyabr, 25 oktyabr və 18 aprel tarixləri “aralıq turu” üçün nəzərdə tutulub. Ölkə kubokunun final qarşılaşması isə gələn il mayın 9-da baş tutacaq.
Qeyd edək ki, geridə qalan mövsümün yekunlarına görə, “Spal”, “Verona” və “Benevento” A seriyasına yüksəliblərsə, “Empoli”, “Palermo” və “Peskara” aşağı diviziona yuvarlanıb.