Bank Of Baku

Joze Mourinyo vergidən yayınmaqda ittiham olunur

Joze Mourinyo vergidən yayınmaqda ittiham olunur
# 20 iyun 2017 15:26 (UTC +04:00)

Dünya futbolunda vergidən yayınan tanınmış simaların sayı günü-gündən artır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, son olaraq “Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonun vergidən yayındığı xəbəri yayılıb.

 

Bu barədə məlumatı dərc edən “Reuters” agentliyi portuqaliyalı mütəxəssisin hələ “Real”da çalışarkən buna əl atdığını yazıb. Xəbərdə Mourinyonun İspaniyada 3,3 milyon avroluq vergidən yayındığı vurğulanıb. Məsələ ilə bağlı araşdırmalara start verilib.

 

Qeyd edək ki, Joze Mourinyo 2010-2013-cü illərdə “Real”ı çalışdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR