Bank Of Baku

Klublararası dünya çempionatının finalçıları müəyyənləşib

Klublararası dünya çempionatının finalçıları müəyyənləşib
# 13 dekabr 2017 20:32 (UTC +04:00)

Birləşmiş Ərəb Əmirliklərində keçirilən klublararası dünya çempionatının finalçıları müəyyənləşib.

 

APA-nın xəbərinə görə, "Real" ikinci yarımfinal matçında Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cazira" klubunu 2:1 hesabı ilə məğlub edib.

 

Madridlilərin heyətində Kriştiano Ronaldo (53 dəq.) və Qaret Beyl (81), ev sahiblərinin heyətində Romarinyo fərqlənib (41).

 

Beləliklə, Zinəddin Zidanın yetirmələri dekabrın 16-da həlledici görüşdə Braziliyanın "Qremio" klubu ilə qarşılaşacaqlar. 

 

Xatırladaq ki, ötən gün "Qremio" Meksikanın "Paçuka" klubu üzərində minimal hesablı qələbə qazanıb - 1:0.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR