Yaponiyada keçirilən klublararası dünya çempionatının ilk finalçısı müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, bu, turniri təşkil edən ölkənin “Kaşima” klubu olub.
Yarımfinalda “Atletiko Nasional”la qarşılaşan asiyalılar asan qələbə qazanıblar. Belə ki, “Kaşima” Kolumbiya təmsilçisinin qapısından 3 cavabsız top keçirib.
Hesabı 33-cü dəqiqədə Doi açıb. İkinci hissədə təzyiqi bir qədər də artıran yaponlar 83-cü dəqiqədə Endo, 2 dəqiqə sonra isə Suzuki ilə fərqləniblər.
Qeyd edək ki, “Kaşima”nın finaldakı rəqibi sabah keçiriləcək “Amerika” (Meksika) – “Real” (Madrid, İspaniya) matçından sonra müəyyənləşəcək.