Bank Of Baku

Lars Laqerbek: “Azərbaycan millisi müdafiədə ciddi təsir bağışlayır”

Lars Laqerbek: “Azərbaycan millisi müdafiədə ciddi təsir bağışlayır”
# 31 avqust 2017 13:09 (UTC +04:00)

“Oyuna hazırıq. Son matçda müdafiədə yaxşı təsir bağışladıq. Sabah hücum etməyə də çalışacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç yığmasının baş məşqçisi Lars Laqerbek deyib.

 

Skandinaviya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisini qəbul edəcək.

 

Oyundan öncə mətbuat konfransı keçirən ev sahiblərinin çalışdırıcısı maraqlı fikirlər səsləndirib: “Azərbaycan millisi də çox yaxşı komandadı. Bu səbəbdən, maraqlı oyun alınacağına ümidvaram”.

 

- Heyətdə hər hansı problem var?


- Heç kim ciddi zədəli deyil. Hamı futbol oynaya biləcək və matça hazırdılar.

 

- Bakıdakı ilk oyunu yəqin ki, izləmisiz. Norveç millisi həmin görüşdə niyə uduzdu?


- Əlbəttə, televiziya vasitəsilə baxdıq. Hansısa nəticə çıxarmaq çətindi. Oyun elə alındı ki, Azərbaycan güclü oldu. Ümidvaram ki, bu dəfə biz qalib gələcəyik.

 

- Oyuna necə hazırlaşmısınız?


- Komandamız yaxşı hazırlaşıb. Xüsusən, müdafiəyə diqqət ayırmışıq. Çünki son 2 oyunda problemlər var idi. Azərbaycan millisi də müdafiədə ciddi təsir bağışlayır. Hələ hansı oyun üslubuna üstünlük verəcəyimizi deyə bilmərəm.

 

- Aleksandr Sorlot son zamanlar yaxşı təsir bağışlayır. Ona sabah şans verəcəksiz? 


- Yaxşı formadadı. İkinci mərtəbədə yaxşı oynayır. İnanırıq ki, bu dəfə də ümidlərimizi doğruldacaq.

 

- İki hücumçudan necə yararlanmaq niyyətindəsiz?


- Onları birgə istifadə etmək çətindi. Yarımmüdafiə ilə əlaqələrindən də çox şey asılıdı. Çalışacağıq ki, onlardan səmərəli yararlanaq.

 

- Hansı cinah oyunçularından yararlanmaq niyyətindəsiz?


- Ardıcıl 2 oyun keçirəcəyik. Hamısından tam həcmdə, hər 2 qarşılaşmada yararlanmaq lazımdı. İlk matçda hücumda yaradıcı oyun sərgiləyənlərdən, ikincidə isə müdafiəyə kömək edənlərdən istifadə edəcəyik.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR